Çempion “Qarabağ” Kuboka da sahib çıxdı
Azərbaycan kubokunun final oyunu keçirilib.
1news.az-ın məlumatına görə, həlledici görüşdə ardıcıl 3-cü dəfə Premyer Liqanı çempion kimi başa vuran “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.
Tərəglərin bütün cəhdinə baxmayaraq görüşün əsas vaxtında qapılara qol vurulmadığından komandalar daha 30 dəqiqə mübarizə aparmalı olublar.
Əlavə vaxtın ilk 15 dəqiqəsində də qapılarda qol olmayıb. Matçın taleyi isə ikinci artırma vaxtda həll edilib. 120-ci dəqiqədə “Qarabağ”ın oyunçusu Miçel dəqiq baş zərbəsi ilə oyunun taleyini həll edən qol vurdu.
Bundan bir dəqiqə sonra Erik Ramos rəqibə bilərəkdən zərbə endirərərək qırmızı vərəqə ilə cəzalandırıldı. Bir dəqiqə sonra isə Ağdam klubunun hücumçusu Reynaldo Kamal Qurbanovun ayağına bilərəkdən təpik vurduğu üçün meydandan qovuldu.
Beləliklə, ölkə kubokunu da qazanan “Qarabağ” mövsümü qızıl dublla başa vurdu.
Azərbaycan kuboku
Final
25 may (çərşənbə)
“Qarabağ” – “Neftçi” - 1:0 (əlavə vaxt)
Qol: Miçel, 120+1
Qırmızı vərəqələr: Reynaldo, 120+2 - Ramos, 120+1
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu
1news.az