Respublika Günü ilə bağlı İlham Əliyevə təbriklər gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Respublika Günü ilə bağlı İlham Əliyevə təbriklər gəlməkdə davam edir

23:00 - 26 / 05 / 2016
Respublika Günü ilə bağlı İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə həyata keçirilən, Azərbaycanın geniş potensialından istifadə olunmasına, xalqın rifahının yüksəldilməsinə və ölkənizin nüfuzunun beynəlxalq aləmdə möhkəmlənməsinə yönəlmiş islahatlar və dəyişikliklər siyasətini Özbəkistanda böyük diqqətlə izləyirlər.

Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və daha yüksək firavanlıq diləyirəm”.

Bundan başqa, Finlandiya Respublikasının prezidenti Sauli Niinistö, İordaniyanın kralı II Abdullah, Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani, Qətər Dövlətinin baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani, Qətər Dövləti əmirinin müavini Abdullah bin Həməd Al Tani də Azərbaycanın dövlət başçısına məktub göndərərək Respublika günü münasibətilə xalqımızı təbrik ediblər.

1news.az

 

Paylaş:
647

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər