Ukrayna tərəfi azərbaycanlı junalistləri təhlükə altında qoyur | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna tərəfi azərbaycanlı junalistləri təhlükə altında qoyur

15:21 - 27 / 05 / 2016
Ukrayna tərəfi azərbaycanlı junalistləri təhlükə altında qoyur

Ukraynanın “Sülhməramlı” tədqiqat mərkəzi bir qrup yerli və xarici jurnalistləri  terrorizmə dəstəkdə, “DQR”, “LNP” separatçı qruplaşmalarla əməkdaşlıqda ittiham edib.

Mərkəzin çap etdiyi yeni siyahəya 293 jurnalist daxildir ki, onlardan 11 nəfər Azərbaycan KİV-in nümayəndələridir. Bu jurnalistlər arasında APA İA-nın Rusiyadakı müxbiri Fərid Əkbərovun da adı var.

1news.az-a APA  media-holdinqin rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bununla əlaqədar media holdinqin 3 dildə yazılan bəyanatı saytda yerləşdirilib.

“Bizim əməkdaşımız heç vaxt həmin ərazilərdə olmayıb və orada işləməyib.Ora heç vaxt səfər etməyib və bizim həmin ərazidən reportajımız olmayıb. Bundan əlavə biz separatçı regionlarda fəaliyyət göstərmirik və bu bizim şirkətə qarşı söylənmiş yalandır”, - deyə, V.Mahirqızı bildirib.

V. Mahirqızının söylədiyinə görə, APA İA-nın müxbiri Fərid Əkbərov RF XİN-də akkreditasiyadan keçib.

“Sülhməramlı” tədqiqat mərkəzi gərəkli araşdırma aparmadan yalnız akkreditasiya əsasında bizim jurnalistin adını siyahıya salıb”, - deyən media-holdinqin rəhbəri qeyd edib ki, bu informasiyanı yoxlamaq çox asandır, jurnalistin xarici pasportu var və o təqdim oluna bilər”.

O, qeyd edib ki, bu məsələ ilə əlaqədar Ukrayna və Azərbaycan XİN-də müzakirələr aparılır.

“Biz Ukrayna səfirliyinə müraciət edərək görüş təyin olunmasını istədik. Bu informasının silinməsi ilə bağlı iş aparacağıq”, - o, deyib.

2014-cü ildə açılan “Sülhməramlı” internet saytı Ukraynaya məxsusdur. Anton Qeraşenko tərəfindən yaradılan bu sayt özünü Ukrayna milli təhlükəsizliyinin əsaslarına qarşı cinayətlərin araşdırılması mərkəzi, sülh və vətəndaşların təhlükəsizliyinin internet nümayəndəliyi kimi təqdim edir. Saytda insanlarla bağlı şəxsi məlumatların qanunsuz yolla toplandığı ( xaker, fişinq) və onların razılığı olmadan çap olunması halları vardır.

Saytın çoxsaylı qalmaqallara düşməsinə baxmayaraq o, hələ də fəaliyyətdədir  və yaradıcılarına qarşı heç bir məhkəmə fəaliyyəti tətbiq olunmayıb.      

Azərbaycan Mətbuat Şurası xüsusi araşdırma vasitəsilə müəyyən edib ki, siyahıda adı qeyd olunan azərbaycanlı jurnalistlərin heç biri separatçı  ərazilərdə olmayıb və akkreditasiya məsələləri ilə əlaqədar həmin qurumlara müraciət etməyib.  Onların fəaliyyətində Ukraynanın ərazi bütövlüyünə təhlükə törədə bilən heç bir məqam aşkar olunmayıb.

Həmçinin, müəyyun olunub ki, jurnalistləri terrorçular və separatçılarla əməkdaşlıqda ittiham edən “Sülhməramlı” bu məlumatı dərc edərkən yalnız Rusiya XİN- də akkreditasiyadan keçən KİV-nümayəndələrinin adına əsaslanıb.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Aflatun Amaşovun 1news.az –a verdiyi məlumata görə , bu informasiya yayılan kimi Şura əməkdaşları, jurnalistlərin işlədiyi  redaksiyalarla əlaqə saxlayıb müəyyənləşdirib ki, onlardan heç biri adı çıkilən separatçı regionlarda olmayıb.

“Bu jurnalistlərin  hamısı Rusiya XİN-də akkreditasiya keçib”, - o, dedi.

Ə.Amaşov təəssüf edir ki, həmin saytda 11 azərbaycanlı jurnalistin şəxsi məlumatları, telefon nömrələri yerləşdirilib ki, bu da onların həyatı üçün təhlükə yarada bilər.  

Bununla belə, Ə.Amaşov bildirib ki, “Sülhməramlı” Ukraynanın rəsmi qurumu hesab olunmur. Daha əvvəl isə, onların başçılığı ilə Şura “Sülhməramlı”nın hərəkətini tənqid edən bəyanatla çıxış edib.

“Mətbuat Şurası bəyan edir ki, “Sülhməramlı” təşkilatının fəaliyyəti bir çox jurnalistlərin həyatı üçün təhlükə yaradaraq beynəlxalq qanunvericilik, etika və humanizm prinsiplərinə zidd hərəkət edir. Jurnalistin qanuni fəaliyyətini məhdudlaşdırmaq yolverilməzdir və heç bir məntiqə əsaslanmır. 

Mətbuat Şurası, eləcə də Azərbaycanın bu ölkədəki səfirliyi Ukrayna hökumətinə jurnalistlərin həyatını təhlükəyə atan bu təşkilatın fəaliyyəti ilə bağlı lazımi tədbirlərin görülməsi üçün müraciət etmək niyyətindədir”, - Mətbuat Şurasının bəyanatında qeyd olunur.

Həmçinin Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib ki, “Sülhməramlı” saytında dərc olunanlar Ukrayna dövlətinin rəsmi mövqeyini əks etdirmir.

Lakin Ukrayna tərəfindən fərqli olaraq, Azərbaycan işğal olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərlə daha sivil səviyyədə mübarizə aparır. 

Belə ki, rəsmi Bakının icazəsi olmadan işğal olunmuş ərazilərə səfər edənlərin adları Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahıya” salınır və həmin şəxslərin Azərbaycan ərazisinə daxil olması qadağan edilir.

Bununla belə, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş əcnəbilər arasında ukraynalı jurnalistlər də olub ki, onlar Qarabağ münaqişəsi ilə bağlı yanlış reportajlar hazırlayıblar.

Belə ki, “1+1” telekanalının jurnalistləri “15 respublika”nın növbəti buraxılışı zamanı 23 noyabr 2014-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Xankəndiyə səfər ediblər.

Proqramda azərbaycanlılar guya qəddarcasına erməniləri öldürüb və Qarabağda erməni kilsələrini dağıdıb kimi heç bir fakta əsaslanmayan və yalan bəyanatlar səslənib.

2013-cü ildə Azərbaycan 335 vətəndaşa qarşı qadağa tətbiq edib ki, onlardan 8 nəfəri ukraynalıdır.

Lakin bununla belə, həmin şəxslərin şəxsi məlumatları açıq surətdə heç vaxt dərc edilməyib.

Qeyd edək ki, ukrayna tərəfinin bu cür addımı ilk baxışdan asan görünsə də ciddi təhlükə yarada bilər. Həmin jurnalistlərin şəxsi məlumatlarının açıq şəkildə dərc edilməsi aqressiv milliyyətçi qruplaşmalar tərəfindən hücumlara səbəb ola bilər.

Biz, öz işlərini vicdanla yerinə yetirən həmkarlarımızın həyatını təhlükəyə qoyan bu cür əsassız dərclərin qarşını almaq üçün Ukrayna hökumətini bu məsələnin həll edilməsinə çağırırıq.

1news.az

Paylaş:
697

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər