Stend atıcılığı üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
Stend atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
1news.az-ın məlumatına görə, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda kişilər dairəvi və səngər stendində, qadınlar dairəvi stenddə qüvvələrini sınayıblar. Otuz idmançının qatıldığı turnirdə “Qəbələ” idman klubunun üzvləri uğurla çıxış ediblər.
Hər üç yarışda qızıl mükafatı klubun atıcıları qazanıblar. Kişilər arasında dairəvi stenddə Emin Cəfərov, səngər stendində Elvin İsmayılov, qadınların mübarizəsində Nurlana Cəfərova çempion adına yiyələniblər.
“Qəbələ” atıcılıq klubunun vitse-prezidenti Elvin İsmayılov bu mükafatı səngər stendində imza atdığı yeni respublika rekordu ilə qazanıb.
1news.az
901