Səhiyyə Nazirliyi: Mayın 30-dək müayinə olunanların 458 nəfərində sifilis virusu aşkarlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: Mayın 30-dək müayinə olunanların 458 nəfərində sifilis virusu aşkarlanıb – FOTO

18:08 - 01 / 06 / 2016
Səhiyyə Nazirliyi: Mayın 30-dək müayinə olunanların 458 nəfərində sifilis virusu aşkarlanıb – FOTO

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanuna əsasən nikaha daxil olmaq istəyən vətəndaşlar 2015-ci il iyunun 1-dən tibbi müayinədən keçməlidirlər. Qaydaların qüvvəyə mindiyi vaxtdan 2016-cı il mayın 1-dək 139 700 nəfər məcburi tibbi müayinədən keçib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva iyunun 1-də institutda keçirilən “dəyirmi masa”da məlumat verib.

Bildirilib ki, Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxsin yaşayış yeri üzrə pulsuz tibbi müayinədən keçməsi üçün dövlət tibb müəssisəsi təyin edir. Tibbi müayinədən keçənlərin çoxunun sağlamlıq durumu qənaətbəxşdir. Məlum olub ki, mayın 30-dək müayinə olunanların 458 nəfəri sifilis virusunun, 85-i İÇV infeksiyasının, 7171-i talassemiyanın daşıyıcısıdır. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov və başqaları nikaha qədər tibbi müayinənin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, tibb müəssisələri müalicə məqsədi ilə qan və onun komponentləri ilə təmin edilir. Qan xidmətini dinamik inkişaf etdirmədən cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya kimi sahələrdə ixtisaslı tibbi yardımı müvəffəqiyyətlə həyata keçirmək olmaz. Ailə qurmaq istəyənlər arasında talassemiya daşıyıcılarını aşkara çıxarmaq, onlara tibbi-genetik məsləhətlər vermək üçün respublikanın bütün şəhər və rayonlarında hematoloji kabinetlər yaradılıb. Son illər respublikamızda qan xəstəliklərinin müalicəsi istiqamətində ciddi addımlar atılıb, bu xəstəliklərdən əziyyət çəkən insanların müayinəsi və müalicəsinə diqqət artırılıb.

Bildirilib ki, qan xəstəlikləri ölkəmizdə ən geniş yayılan xəstəliklərdəndir. Məhz bu səbəbdən belə xəstələr dövlətimizin diqqət mərkəzindədir. Hematologiya və transfuziologiyaya dair iki qanun və üç dövlət proqramı qəbul edilib. Bundan əlavə, Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının güclənməsinə, əhali arasında maarifləndirmə işinin genişlənməsinə və bütövlükdə talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzi yaradılıb. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib.

Respublika Talassemiya Mərkəzinin Mərkəzi Qan Bankının yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsində yüksək nailiyyətlər əldə olunub, onların donor qanına və zəruri preparatlara tələbatı tam təmin edilib. Talassemiyanın radikal müalicə metodu – sümük iliyinin transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin edilir, bu xəstəlikdən əlillik faktlarının və ölüm hallarının sayı azalır.

1news.az

Paylaş:
687

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər