“Mançester Yunayted” Futbol Məktəbində “Skills challenge” – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Mançester Yunayted” Futbol Məktəbində “Skills challenge” – FOTO

14:59 - 02 / 06 / 2016
“Mançester Yunayted” Futbol Məktəbində “Skills challenge” – FOTO

Bayıl stadionunda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində “Skills challenge” keçirilib.

1news.az-ın məlumatına görə, əyləncə xarakterli daxili yarış 4 kateqoriyadan ibarət olub: uzun ötürmə, qısa ötürmə, driblinq və topla davranış.

Məktəbin 45 futbolçusu yarışda iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hər kateqoriyada yüksək nəticə göstərərək ən yüksək balı toplayan 3 nəfər “Skills challenge”in qalibi olub:

1-ci yer: Əli Abbasov
2-ci yer: Mircamal Əlizadə
3-cü yer: Bəxtiyar Quliyev

1-ci yeri tutmuş Əli Abbasova “Mançester Yunayted” komandasının oyunçusu Ueyn Runinin imzalı forması, 2-ci və 3-cü yeri tutan futbolçulara isə “Bakcell” şirkətinin hədiyyələri təqdim olunub.

1news.az

 

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər