Tələbələr arasında keçirilən futzal üzrə ölkə birinciliyinin qalibləri məlum oldu – FOTO | 1news.az | Xəbərlər
Futbol

Tələbələr arasında keçirilən futzal üzrə ölkə birinciliyinin qalibləri məlum oldu – FOTO

23:03 - 07 / 06 / 2016
Tələbələr arasında keçirilən futzal üzrə ölkə birinciliyinin qalibləri məlum oldu – FOTO

Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ilk dəfə təşkil edilən futzal üzrə ölkə birinciliyinə Bakı İdman Sarayında yekun vurulub.

1news.az-ın məlumatına görə, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyasının dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın qaliblərinin adları məlum olub.

Üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Kooperasiya Universitetinin komandası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası qarşılaşıb. Oyunun əsas vaxtı 6:6 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən İqtisad Universitetinin komandası 3:2, ümumi hesabda isə 9:8 hesabı ilə qalib gəlib.

Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin komandası qarşılaşıb. Rəqibini 9:2 hesabı ilə məğlub edərən ADBTİA-nın komandası ölkə birinciliyinin qalibi olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Malik Rəhimov (ADBTİA) turnirin ən yaxşı qapıçısı, Orxan Qəhrəmanov (AKU) ən yaxşı müdafiəçisi, Əhməd Tağıyev (ANSU) ən yaxşı yarımmüdafiəçisi, Mirağa Balacayev (AİU) ən yaxşı oyunçusu, Cavid Rəhimov (BDU) isə ən yaxşı məşqçisi seçilib. Nuralı Əsədov (BDU) isə birinciliyin bombardiri olub. 

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov və futbol veteranları təqdim ediblər.

Əsasnaməyə uyğun olaraq ilk 4 yeri tutmuş komandalara kubok, medal, diplomlar və AFFA tərəfindən pul mükafatı verilib.

Qeyd edək ki, aprelin 19-da start göturən ölkə birinciliyində 40 komanda və 800-dək tələbə iştirak edib.

1news.az

 

Paylaş:
809

Sizin üçün xəbərlər

Son xəbərlər

Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33
Bütün xəbərlər