Melburnda “Azərbaycan Evi”nin açılış mərasimi olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Melburnda “Azərbaycan Evi”nin açılış mərasimi olub - FOTO

10:00 - 13 / 06 / 2016
Melburnda “Azərbaycan Evi”nin açılış mərasimi olub - FOTO

Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin təşəbbüsü ilə yaradılmış “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın (Azerbaijani Cultural Association of Voctoria- ACAV) təşkilatçılığı ilə Melburn şəhərində “Azərbaycan Evi”nin (Azerbaijani House) açılış mərasimi olub.

1news.az-a Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyindən " verilən xəbərə görə, tədbirə Viktoriya ştatının multikulturalizm məsələləri və eyni zamanda maliyyə naziri Robin Skot (Robin Scott), ştat hökümətinin multikulturalizm məsələləri üzrə kölgə naziri xanım İnqa Peuliç (Inga Peulich), federal parlamentin Viktoriya ştatınından olan millət vəkili və eyni zamanda Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Alan Qriffin (Alan Griffin), Azərbaycan Respyblikasının Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov, səfirliyin əməkdaşları, Melburn şəhərində yaşayan və təhsil alan həmvətənlərimizlə bərabər 60 nəfərə yaxın qonaq qatılıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir R.Cəmşidov Melburn şəhərində və ümumiyyətlə Avstraliyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının çox əlamətdar hadisə olması və bunun önəmi haqda iştirakçıları məlumatlandırıb, “Azərbaycan Evi”nın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib Səfir həmçinin “Azərbaycan Evi”nin məhsuldar şəkildə fəaliyyət göstərməsi, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği və bu ştatda yaşayan Azərbaycan diasporası nümayəndələrinin sıx şəkildə bu ev ətrafında bir araya toplanılması üçün səfirlik tərəfindən daima hərtəfəli dəstəyin göstəriləciyini xüsusi vurğulayıb.

Həmçinin nazir R.Skot, millət vəkili A.Qriffin və kölgə naziri İ. Peuliç çıxış edərək əlamətdar hadisə münasibətilə Melburn şəhərində yaşayan həmvətənlərimizi təbrik ediblər. Bildirilib ki, iki yüzdən çox millətin yaşadığı Melburn şəhərində belə bir evin açılması şəhərin çoxmədəniyyətli simasına öz töhvəsini verəcək.

Daha sonra asossiasiyanın üzvlərinə üzvlük kartları təqdim olunub. Qonaqlara Azərbaycana dair müxtəlif səpkili videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələri, şirniyyat, Azərbaycan istehsalı olan şərab və konyak təqdim olunub.

Tədbir zamanı “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın rəhbərliyi və idarə heyətinin tərkibinin formalaşdırlmasına dair səsvermə keçirilib və Melburn şəhərində yaşayan gənc azərbaycanlı, Viktoriya ştatının Xəzinə və maliyyə nazirliyinin əməkdaşı Rəşad Həsənov asossiasiyanın rəhbəri seçilib.

Qeyd edək ki, “Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə 90-cı illərdə Azərbaycandan Avstraliyaya köçmüş iş adamı Aleksandr Zemlinski tərəfindən “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”na təmənnasız təqdim edilib. 

1news.az

 

Paylaş:
707

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər