Amerika Kubokunda 1/4 finalın cütlükləri bəlli oldu | 1news.az | Xəbərlər
Futbol

Amerika Kubokunda 1/4 finalın cütlükləri bəlli oldu

17:12 - 16 / 06 / 2016
Amerika Kubokunda 1/4 finalın cütlükləri bəlli oldu

Amerika Kuboku-2016-da bütün 1/4 finalçılar müəyyənləşib.

1news.az-ın məlumatına görə, sabah start veriləcək bu mərhələnin ilk oyun günündə meydan sahibi ABŞ millisi Ekvadorla qarşılaşacaq. Növbəti gün Kolumbiya yaxşı təsir bağışlayan Peru ilə üz-üzə gələcək.

1/4 finalın digər iki qarşılaşması ayın 19-na təsadüf edəcək. Çempionluğa əsas namizəd sayılan Argentina Venesuela ilə, Meksika isə Çili ilə münasibətlərinə aydınlıq gətirəcək.

Yarımfinalda mərhələsindəki potensial cütlüklər də bəllidi. ABŞ - Ekvador görüşünün qalibi final yolunda Argentina - Venesuela cütlüyünün qalibinə rəqib olacaq.

Meksika - Çili görüşünün xoşbəxt komandası isə yarımfinalda ya Kolumbiya, ya da Peru ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları iyunun 21-22-də keçiriləcək. Final qarşılaşması isə iyunun 26-da olacaq.

1news.az

 

Paylaş:
561

Son xəbərlər

Xalq Bank 20 il

Bu gün, 16:42
Bütün xəbərlər