Ukraynada Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi açılıb
Ukraynada Azərbaycanlıların birləşmiş diasporası yeni strukturun – Dünya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin (DAKMM) yaradılması haqqında məlumat verib.
Bu haqda 1news.az-a DAKMM-in rəhbəri Hikmət Cavadov məlumat verib.Hikmət Cavadovun rəhbərlik etdiyi Ukraynadakı azərbaycanlıların birləşmiş diasporasının əsas ofisi Kiyev şəhərində yerləşir.
Onun sözlərinə görə qurum Ukrayna Ədliyyə Nazirliyində uğurla qeydiyyatdan keçib.
Gözlənildiyinə görə, H.Cavadov yeni vəzofəyə keçəndən sonra Ukraynada azərbaycanlıların birləşmiş diasporasının rəhbərliyindən kənarlaşdırılacaq.
H.Cavadovun sözlərinə görə, Dünya azərbaycanlılarının beynəlxalq koordinasiya mərkəzi bir çox ölkənin diaspora təşkilatları ilə birdə fəaliyyaət haqqında razılıq əldə edəcək.
Yeni yaradılan strukturun əsas vəzifəsi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
“Biz xarici KİV-lə əlaqədlərin yaxşılaşdırılması üçün səy göstərəcəyik. Bundan əlavə dünyadakı bütün azərbaycanlıları birləşdirən sosial şəbəkə yaradılacaq. Hazırda informasiya müharibəsinin gücləndirilməsi sahəsində iş aparılır. Bununla əlaqədar olaraq Azərbaycan KİV nümayəndələrinin də daxil olduğu yeni layihələr yaradılır”,- deyə H. Cavadov vurğulayıb.
1news.az