Təşkilatçılar: Bakıda keçiriləcək «Formula-1» yarışına Rusiyadan 3 mindən çox azarkeş gələcək | 1news.az | Xəbərlər
FORMULA 1

Təşkilatçılar: Bakıda keçiriləcək «Formula-1» yarışına Rusiyadan 3 mindən çox azarkeş gələcək

11:26 - 17 / 06 / 2016
Təşkilatçılar: Bakıda keçiriləcək «Formula-1» yarışına Rusiyadan 3 mindən çox azarkeş gələcək

Bakıda keçiriləcək “Formula-1” üzrə dünya çempionatının səkkizinci Avropa Qran-pri yarışlarına baxmaq üçün Rusiyadan 3 mindən çox azarkeşin gələcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” informasiya agentliyinə yarışın təşkilatçıları məlumat veriblər.

“Yarışın keçiriləcəyi günlər təkcə Rusiyadan Bakıya 3 mindən artıq azarkeş gələcək. Onların bəziləri artıq qalacaqları otellərdə yerləşiblər. Ümumilikdə, yay fəslində Bakıya Rusiyadan çoxlu turistin gələcəyini gözləyirik. Onlar üçün lazım olan bütün şərait yaradılıb”- deyə, məlumatda qeyd olunub.

Nəzərinizə çatdıraq ki, Azərbaycan “Formula-1” yarışına ilk dəfə ev sahibliyi edəcək. Bu il səkkizinci dəfə keçiriləcək mərhələnin adı Avropa Qran-prisi adlanır. 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Qran-prinin birinci günündə “Formula-1” və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 18-də “Formula-1” üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.

1news.az

 

Paylaş:
806

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər