Amerika kubokunda ilk yarımfinalçı bəlli oldu
ABŞ-da keçirilən Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.
1news.az-ın məlumatına görə, meydan sahibləri Ekvadorla qarşılaşıb. Matç Yurgen Klinsmannın yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da amerikalılar adını yarımfinala yazdırıblar.
Qeyd edək ki, ABŞ yığması yarımfinalda Argentina – Venesuela cütünün qalibi ilə qarşılaşacaq.
Amerika Kuboku-2016
1/4 final mərhələsi
ABŞ – Ekvador – 2:1
Qollar: Dempsi, 22; Zardes, 65 – Arroyo, 74
1news.az
725