Azərbaycan və Ermənistan prezidentlərinin görüşü: Sankt-Peterburqda sıçrayışın baş verməsi mümkündürmü?
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyası Vladimir Putinin iyunda Azərbaycan və Ermənistan prezidentlərinin baş tutacaq görüşündə də davam edəcək.
İyunun 20-də Peterburqda Dağlıq Qarabağ üzrə üçtərəfli görüş ərəfəsində Rusiya Federasiyası rəhbərinin İlham Əliyev və Serj Sarkisyanla təkbətək görüş keçirməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən görüşü cari ilin mayında Vyanda ATƏT-in Minsk qrupunun vasitəçi ölkələrinin (ABŞ, Rusiya və Fransa) XİN rəhbərlərinin iştirakı ilə baş tutumuşdu.
Danışıqlarda həmçinin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə səfirləri Ceyms Uorlik, İqor Popov və Pyer Andrye də iştirak etmişdi.
Danışıqlar çərçivəsində hansı məsələlər müzakirə olunacaq və qarşıdakı görüşdən hansı nəticələr əldə ediləcəyi ilə bağlı 1news.az-a Bakı və Moskvadan olan ekspertlər öz fikirlərini bölüşüblər.
Rusiyalı ekpert, V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Vitaliy Juravlyovun fikrincə baş tutacaq görüşdən hansısa sıçrayışın gözlənilməsinin səviyyəsi minimundur.
“Hələ ki, sıçrayış olmayacaq”
“Düşünmürəm ki, ciddi sıçrayışlar baş versin. Sıçrayış üçün müəyyən əsaslar, parlaq təşəbbüslər lazımdır, lakin bunlar yoxdur. Zənnimcə, söhbət artıq yaranmış danışıqlar formatı və nizamlanma prinsiplərinə qayıdışdan gedir. Nəticə olaraq münaqişənin həllində güc metodlarından istidadə edilməməsi barədə tərəflərin bəyanatı olacaq. Müəyyən mənada bu, müsbət nəticədir. Lakin apreldə baş verən məlum qarşıdurmadan sonra bu, əvvəlki kimi Bakı və İrəvanın real hərbi qarşıdurmaya hazır olduğuna inandırıcı görünmür. Hazırda bu, bir qədər fərqli görünür”, - 1news.az-a Vitaliy Juravlyov bəyan edib.
Rusiyalı ekertin fikrincə, hazırda əsas problem – təhlükəsizlik məsələsidir.
“Münaqişənin hərbi-siyasi yolla nizamlanmasının klassik formatları var ki, burada məqsəd danışıqlar mexanizmi və sülhməramlı əməliyyatlar aparılmaqla münaqişə tərəflərinin ayrılmasıdır. Bu cür əməliyyatların həyata keçirilməsi məntiqidir. Lakin bunun həyata keçməsi üçün istər münaqişə tərəflərinin, istərsə də digər maraqlı qüvvələrin razılığı olmalıdır, misal üçün, Minsk qrupunun iştirkaçıları olan ABŞ və Fransa kimi. Əgər sülhməramlı əməliyyatlarda razılıq əldə olunarsa, prinsip etibarilə bu, hər kəs üçün yaxşı ola bilər. Unutmayaq ki, Cənubi Qafqazda bir sıra oyunçuların geosiyasi maraqları toqquşur. Və hər kəs bir-birinə böyük şübhə ilə yanaşır”, - ekspert hesab edir.
Hər kəs “lehinə” və “əlehinədir”
Vitaliy Juravlyovun qiymətləndirməsinə görə, Rusiya sülhməramlı əməliyyat təşəbbüsü ilə çıxış edə bilər. Lakin bu halda format necə olmalıdır ki, tərəfləri razı sala bilsin?
“Bu böyük məsələdir. Və daha bir vacib məsələ: əgər Rusiya sülhməramlı əməliyyatda iştirak edərsə, bu zaman onun Dağlıq Qarabağ ətrafında məsuliyyəti daha da artacaq. Eləcə də Rusiyanın münaqişənin gərginləşəcəyi təqdirdə hərbi fəaliyyətə cəlb edilmə riski də artacaq. Bu isə münaqişənin beynəlmiləlçi şərtidir ki, ciddi siyasi nəticələrə səbəb ola bilər. Hazırda Rusiyanın qeyri-stabil regionda bu cür mürəkkəb missiyanı öz üzərinə götürməsi nə dərəcədə mühümdür? Ehtimal edirəm ki, hazırda Rusiyanın gücü ən müxtəlif forma və keyfiyyətlərdə hərbi iştirakının genişləndirilməsində maraqlıdır. Lakin zənnimcə, hərtərəfli düşünülmüş ssenari, bütün arqumentləri “lehinə” və “lehinə” ölçüb-biçmək lazımdır ki, Rusiya Cənubi Qafqazda ciddi hərbi münaqişəyə cəlb edilmiş olmasın”, - rusiyalı ekspert hesab edir.
Bakıda sıçrayışlar olması istisna edilmir
Öz növbəsində azərbaycanlı ekspert Tofiq Abbasov rusiyalı həmkarından fərqli olaraq baş tutacaq üçtərəfli görüşün yekunu olaraq sıçrayışı istisna etmir.
“Sıçrayış ola bilər. Lakin erməni tərəfi danışıqların əsas mövzusundan uzaqlaşmazsa bu, baş verə bilər. Aydındır ki, hazırki vəziyyətdə rəsmi İrəvan münaqişə tərəfləri arasında diqqətləri etimad tədbirlərinin möhkəmləndirilməsinə cəlb etmək və müvəqqəti sülh çərçivəsində status-kvonu möhkəmləndirmək istəyir. Eləcə də hadisələrin araşdırılmasında - presedentlərdən biri kimi təmasın xəttində baş verənləri göstərməkdir. Bütün bunlar aralıq məqsədlərdir”, - T.Abbasov bəyan edib.
Sərhəddə sülhməramlıların olması lazımdırmı?
Azərbaycanlı politoloq istisna etmir ki, prezidentlərin iyun görüşü zamanı sərhəddə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi günün mövzusu ola bilər.
“Bu tipi təkliflər hər zaman müzakirə olunur və müəyyən razılıq əsasında qəbul edilir. Sülhməramlı proseslərin əsas məqsədi daimi sülhün təmin edilməsində hərtərəfli razılıq haqda sazişin imzalanmasıdır. Buna görə də bütün diqqəti və səyləri aralıq məsələlərə yönəldən Ermənistan hər şeydən öncə əsas olaraq - hərtərəfli razılığın bağlanması məsələsini kənar qutulara yerləşdirməyə çalışır. Bu razılığın bağlanmasında aralıq məsələlərə baxılmalıdır. Lakin atəşkəş haqda 100%-lik zəmanətə riayət olunması üçün erməni silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Əgər söhbət daimi sülhdən gedirsə, elə mexanizlər seçmək lazımdır ki, bu, müvəqqəti sülhü daimi və ruhlandırıcı sülhə çevirməyə imkan verə bilsin. Erməni tərəfi diqqətləri əsas məsələdən yayındıraraq ikincidərəcəliyə, eləcə də strateji vəzifələr əvəzinə taktiki vəzifələri həllinə cəlb etməyə çalışır”.
Politoloq xatırladıb ki, zamanında istər Bakı, istərsə də İrəvan vəziyyətə nəzarət edərək lazımi məqamlarda razılıq əldə etməyi hesab edərək sərhəddə sülhməramlıların yerləşdirilməsi fikrindən imtina ediblər.
Erməni tərəfinin sutka ərzində atəşkəs rejimini (BMT-nin dörd qətnaməsi, Avropa institutları və beynəlxalq konfransların çağırışlarına məhəl qoymayaraq) dəfələrlə pozması və Azərbaycan torpaqlarından erməni qoşunların çıxarılması məsələsini uzatması bütün regionu risk altına alır.
Nəzəri baxımdan sülhməramlı kontingentin sərhəddə yerləşdirilməsi vəziyyəti araşdırıb monitorinq etməyə, eləcə də eslakasiya zamanı gərginliyə təhrik edən tərəf barədə məlumat verməyə əsas yaradacaq. Bu nöqteyi-nəzərdən istisna deyil ki, bu məsələ baş tutacaq görüş çərçivəsində müzakirə olacaq”, - azərbaycanlı politoloq sonda firkirlərini bildirib.
1news.az