Amerika Kuboku: Argentina və Çili yarımfinalda – FOTO – VİDEO
ABŞ-da keçirilən Amerika Kubokunun 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
1news.az-ın məlumatına görə, ilk yarımfinalçı Argentina və Venesuela yığmaları arasında keçirilən görüşdə müəyyənləşib. Belə ki, qarşılaşma Messinin komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda Çili yığması Meksika ilə üz-üzə gəlib. Oyun Çili yığmasının 7:0 hesablı darmadağını ilə nəticələnib.
Qeyd edək ki, yarımfinalda Argentina ABŞ-la, Çili yığması isə Kolumbiya ilə qarşılaşacaq.
Argentina - Venesuela - 4:1
Qollar: İquain, 8, 28, Messi, 60, Rondon, 70, Lamela, 71
Meksika - Çili - 0:7
Qollar: Puç, 16, Varqas, 44, Sançez, 49, Varqas, 52, 57, 74, Puç, 87
1news.az
1009