Güləşçilərimiz Rumıniyada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıblar
1news.az-ın məlumatına görə, iki gün davam edən turnirdə ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edib.
Güləşçilərimiz yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Bütün rəqiblərindən - əvvəlcə Rumıniya, ardınca iki İran təmsilçisindən üstün olan Sabah Şəriəti (130 kq) turnirin qızıl medalına yiyələnib.
59 kq çəkidə təmsilçimiz Rövşən Bayramov finalda yerli idmançı ilə görüşdən məğlub ayrılıb və turnirin gümüş medalına sahib olub.
Bürünc medalı isə 80 kq çəkidə yarışan Elvin Mürsəliyev qazanıb.
1news.az
532