MFL Kubokunun Fransada keçirilən Avropa Çempionatına gedəcək qalib komandası məlum oldu – FOTO | 1news.az | Xəbərlər
Futbol

MFL Kubokunun Fransada keçirilən Avropa Çempionatına gedəcək qalib komandası məlum oldu – FOTO

17:12 - 20 / 06 / 2016
MFL Kubokunun Fransada keçirilən Avropa Çempionatına gedəcək qalib komandası məlum oldu – FOTO

Bazar günü, iyunun 19-da Bakı Olimpiya Stadionunda yerləşən “Sportster” idman kompleksində MFL yay Kubokunun final oyunu keçirilib.

1news.az-ın məlumatına görə, finalda bütün ay boyunca turnirin ən güclü komandaları – “Qaradağ Lökbatan” və “Napoli” qarşılaşıblar.

Komandalar hər iki hissədə kəskin hücumlar edərək baxımlı və gərgin futbol  nümayiş etdiriblər. Rəqiblər elə birinci hissədəcə qapılara top vurmaq imkanlarına malik olsalar da, qapıçılar və hər iki komandanın müdafiəçiləri rəqibin hücumunu müvəffəqiyyətlə dəf ediblər.

Komandalar fasiləyə qolsuz bərabərliklə çıxdılar. Lakin aydın idi ki, hər iki komanda bu hesabla razılaşmayacaq. Heç-heçəyə və oyundan sonrakı penalti zərbələrinə hətta finalçıların azarkeşləri də razı deyildilər. Onlar meydanı dövrəyə alaraq komandalarını irəli səsləyirdilər.

Qarşılıqlı hücumların birində “Qaradağ Lökbatan” komandasının oyunçusu Nicat Baxşıyev uzaq küncü dəqiq nişan alaraq gözəl qolla fərqləndi. Qapısında qol görən “Neapol” təşəbbüsü ələ alaraq bütün qüvvəsi ilə irəli atıldı. Elə təəssürat yaranmışdı ki, “Neapol” tezliklə hesabı bərabərləşdirəcək, lakin hər dəfə son zərbədə dəqiqlik çatışmırdı. “Qaradağ” rəqibə cavab verməyə çalışsa da, son dəqiqələrdə üstünlük daha çox “Neapol” komandasında idi. Bununla belə, onlar “Qaradağ”ın qapısına yol tapa bilmədilər.

Beləliklə, turnirdə iştirak edən 24 komanda arasında MFL-in yay Kubokunun qalibi “Qaradağ Lökbatan” komandası oldu. Çempionatın bombardiri də çempion komandanın üzvü, rəqib qapılarına 21 top vuran Nicat Baxşıyev oldu.

Qeyd edək ki, “Qaradağ Lökbatan” turnirin ən məhsuldar komandası adını da qazandı. Onun hesabında 60 vurulmuş və10 buraxılmış top var. Bundan başqa komanda bütün turnir ərzində bir dəfə də olsun məğlub olmadı.

Həmçinin qeyd edək ki, 3-cü yerin qalibi “Galaxy Travel” komandası oldu (3-cü yer uğrunda matç keçirilmədi, rəqibə texniki məğlubiyyət verildi).

Final görüşünün yekunu olaraq mükafatlandırma mərasimi təşkil edildi.

Bürünc medalın qaliblərinə mükafatı MFL-in həmtəsisçisi Rəhman Hacıyev təqdim etdi. “Napoli” komandasına gümüş medalı turnirin təşkilati dəstəyini həyata keçirən SMG şirkətinin direktoru Ayaz Əhmədov təqdim etdi.

Qalib “Qaradağ Lökbatan” komandasına qızıl medalları, kubok və əsas mükafatı – Fransada keçirilən Avropa Çempionatının yarımfinal oyununa biletləri Azərbaycan yığmasının sabiq oyunçusu, hazırda məşqçi olan Mahmud Qurbanov təqdim etdi.

Fotoda: Mahmud Qurbanov qalibləri - “Qaradağ Lökbatan” komandasını təltif edir

Fotoda: 2-ci yerin sahibləri – “Napoli” komandası

Fotoda: Turnirin qalibi – “Qaradağ Lökbatan” komandası

Arayış:

MFL (Mini Futbol Liqası) – kütləvi futbolun yeni formatıdır. MFL çərçivəsində həvəskarlar arasında bu ilin payızında başlayacaq və gələn ilin yayınadək davam edəcək çempionat təşkil ediləcək.  

MFL-in yay Kuboku qeyd etdiyimiz böyük turnirqabağı sınaq yarışı idi.

Daha əvvəl məlum olmuşdu ki, bu yay ərzində MFL yeni mini-turnir keçirəcək və turnirin qalib komandası San-Marinoda Azərbaycan yığmasının 2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyununa getmək imkanı əldə edəcək.

Mövzu ilə əlaqədar oxuyun:

Həvəskar futbol turnirinə start verilir, qaliblər Avropa Çempionatının oyununa gedəcək

* * *

“Sporster” şirkətinin meydanları müasir texnologiyalar əsasında tikilib. Dünya standartlarına tam cavab verən meydanlar hər kəsin üzünə açıqdır.

Daha ətraflı məlumat almaq, qiymətlərlə tanış olmaq və Sizə uyğun olan vaxtda meydanları icarəyə götürmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

(050) 555-44-40

(050) 210-65-03

1news.az

 

Paylaş:
1134

Son xəbərlər

Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46
Bütün xəbərlər