UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununun hakimləri bəlli olub

Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib.
1news.az report-a istinadən xəbər verir ki, Liqa mərhələsinin V turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Nikolas Uolş idarə edəcək. Ona həmyerliləri Frensis Konnor və Daniel Makfarleyn köməklik göstərəcək.
Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.
34









