Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

16:29 - 22 / 06 / 2016
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqin keçirilməsinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq nəzarət ediblər.

1news.az

 

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər