Roy Hocson istefa verdi
AVRO-2016-nın 1/8 finalında İslandiyaya məğlubiyyətdən sonra İngiltərənin baş məşqçisi Roy Hocson istefa verib.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandasının uğursuzluğunda özünü günahkar hesab etdiyini bildirib.
“Çox üzgünəm. Çempionatı belə erkən tərk etmək qəbuledilməzdir. Amma bunlar futbolun bir parçasıdır. Uğursuzluğun səbəbkarı mənəm. Buna görə də getmək qərarına gəldim” - deyə 68 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, Roy Hocson 2012-ci ildən İngiltərə millisini çalışdırırdı.
1news.az
635