İtaliyalı jurnalist Azərbaycanın iqtisadi potensialı barədə məqalələrlə çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

İtaliyalı jurnalist Azərbaycanın iqtisadi potensialı barədə məqalələrlə çıxış edib

11:46 - 30 / 06 / 2016
İtaliyalı jurnalist Azərbaycanın iqtisadi potensialı barədə məqalələrlə çıxış edib

İtaliyada ixracın təşviqinə həsr olunmuş exportiamo.it internet saytında jurnalist Culiyano Bifolkinin müəllifi olduğu “Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman qüvvətlidir” və “Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici tərəfdaşlar axtarışındadır” adlı silsilə məqalələr yerləşdirilib.

1news.az-a Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən xəbərə görə, “Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman qüvvətlidir” adlı məqalədə müəllif iki ölkə arasında münasibətlərin möhkəm əsaslarının 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliyanın Baş naziri Matteo Renzi ilə birgə qəbul etdiyi “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq Haqqında Birgə Bəyannamə”də öz əksini tapdığını bildirir.

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə toxunan müəllif İtaliyanın Azərbaycanın birinci tərəfdaşı olması, TAP layihəsinin həyata keçirilməsi ilə əlaqələrin daha da genişlənəcəyi və İtaliyanın Avropanın enerji bazarında rolunun möhkəmlənəcəyini qeyd edir. Cari il 13 iyun tarixində Romada keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası, bu çərçivədə təşkil edilmiş Biznes Forum haqqında məlumat verən müəllif, bu tədbirlərdə diqqətin habelə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də alternativ enerji, infrastruktur, logistika, aqro-sənaye və əczaçılıq sahələrində İtaliya şirkətləri üçün mövcud imkanlara verildiyini qeyd etmişdir. Müəllif Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də fikirlərinə istinad edərək 2010-cu ildən bəri İtaliyanın Azərbaycana ixracının 3 dəfə artığını və əlaqələrin daha da inkişafı üçün mövcud potensial barədə də danışıb.

 “Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici tərəfdaşlar axtarışındadır” adlı məqalədə isə müəllif ölkəmizin müstəqillik əldə etdiyi dövrdən etibarən həyata keçirdiyi neft strategiyası, ölkənin əldə etdiyi iqtisadi nailiyyətlər, Cənubi Qaz Dəhlisi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilir. Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu nəzərə alaraq, önəmli loqistika mərkəzinə çevrilməsi imkanları barədə də danışılır. Bu istiqamətdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya Super İnformasiya Magistralı kimi layihələr barədə məlumat verilir. Məqalədə, habelə Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sektoru, ölkəmizin önəmli ərzaq ixracatçısına çevrilməsi potensialı barədə də danışılır.

Məqalələrlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

http://www.exportiamo.it/aree-tematiche/12792/azerbaigianitalia-partnership-energetica-e-relazioni-commerciali-sempre-piu-forti/

http://www.exportiamo.it/aree-tematiche/12798/azerbaigian-italia-partnership-energetica-e-relazioni-commerciali-sempre-piu-forti-parte-ii/

1news.az

Paylaş:
610

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər