İraq Prezidenti İlham Əliyevdən kömək istəyib | 1news.az | Xəbərlər
Siyasət

İraq Prezidenti İlham Əliyevdən kömək istəyib

18:45 - 01 / 07 / 2016
İraq Prezidenti İlham Əliyevdən kömək istəyib

İraq Respublikasının prezidenti Fuad Məsum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, prezident Fuad Məsum İraq ərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş edib.

Qeyd olunub ki, İraq dövləti yeddi ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Onlardan Ur, Eridu, Urik abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib.

Bildirilib ki, 2016-cı il iyulun 10-20-də Türkiyənin İstanbul şəhərində Ümumdünya İrsi Komitəsinin 40-cı iclasında həmin abidələrin müvafiq siyahıya daxil edilməsinə dair səsvermə keçiriləcək. Azərbaycanın ümumdünya mədəni irsinin qorunması sahəsində mühüm rolu oynadığı və buna görə də UNESCO Ümumdünya İrsi Komitəsinə üzv seçildiyi vurğulanan müraciətdə qeyd edilib ki, İraq dövləti Azərbaycanın dəstəyini böyük mənəvi yardım, daimi inkişaf və sabitliyin əldə edilməsi, ekstremizm və terrorizmlə mübarizə istiqamətində İraqa göstərilən kömək kimi qiymətləndirir.

1news.az

Paylaş:
659

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər