AVRO-2016: Portuqaliya Polşaya qalib gələrək yarımfinala vəsiqə qazandı – FOTO – VİDEO
Fransada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.
1news.az-ın məlumatına görə, mərhələnin ilk matçında Polşa və Portuqaliya yığmaları üz-üzə gəliblər.
Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan Portuqaliya millisi adını yarımfinala yazdıran ilk komanda olub. Polşa isə turnirlə erkən vidalaşıb.
Avropa çempionatı - 2016
1/4 final mərhələsi
30 iyun
Polşa - Portuqaliya - 1:1 (əlavə vaxt)
Qollar: Levandovski, 2 - Renato Sançez, 33
Penaltilər: 4:5
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Maziç (Serbiya)
Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)
Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)
Marsel. “Velodrom” stadionu
1news.az