Artur Rasizadə Ukrayna baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Artur Rasizadə Ukrayna baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

23:04 - 01 / 07 / 2016
Artur Rasizadə Ukrayna baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

İyulun 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-təsərrüfat naziri, iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri Gennadi Zubkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanla Ukrayna arasında tarixi dostluq münasibətlərinin mövcudluğunu vurğulayan Baş nazir Artur Rasizadə bütün sahələrdə qarşılıqlı faydalı əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb. Baş nazir qeyd edib ki, iqtisadiyyatın bir çox sahələri, xüsusən kənd təsərrüfatı, energetika, maşınqayırma, nəqliyyat, turizm, humanitar və başqa istiqamətlərdə işbirliyi qurmaq baxımından hökumətlərarası müştərək komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Bölgədə lider dövlət olan Azərbaycanla geniş əlaqələrin inkişafına xüsusi maraq göstərdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayan Ukrayna nümayəndə heyətinin başçısı Gennadi Zubko iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının Bakıda keçirilən növbəti on birinci iclasının yekunları və qəbul olunan qərarlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. Ukraynalı qonaq ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın və təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Söhbət zamanı beynəlxalq sülhün və sabitliyin qorunmasının vacibliyinə toxunularkən, Baş nazir Artur Rasizadə qonaqların diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün region üçün ağır nəticələr verdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Paylaş:
735

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər