Voleybol millimiz səfərdə Slovakiyaya qalib gəldi | 1news.az | Xəbərlər
İdman

Voleybol millimiz səfərdə Slovakiyaya qalib gəldi

11:47 - 01 / 07 / 2016
Voleybol millimiz səfərdə Slovakiyaya qalib gəldi

Qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsinə start verilib.

1news.az-ın məlumatına görə, millimiz ilk oyununu səfərdə keçirib.

Nitrada baş tutan görüşdə Slovakiya yığmasının qonağı olan Faiq Qarayevin yetirmələri 3:1 hesabı ilə qalib gəliblər.

Beləliklə, komandamız iyulun 3-də Bakıda keçiriləcək cavab görüşünə üstün çıxacaq. Millimizə çempionluq üçün 2 setdə qələbə belə kifayət edəcək.

Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edəcək.

Avropa Liqası

Final mərhələsi, ilk oyun

30 iyun

Slovakiya - Azərbaycan - 1:3 (19:25; 25:18; 22:25; 20:25)

Hakimlər: Marko Yankoviç (Serbiya), Tibor Eva (Macarıstan)

Nitra, Şəhər Sarayı

1news.az

Paylaş:
919

Son xəbərlər

Bütün xəbərlər