ATƏT-də daimi nümayəndəlik: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-də daimi nümayəndəlik: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz

11:59 - 01 / 07 / 2016
ATƏT-də daimi nümayəndəlik: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz

“ATƏT-in digər ölkələri kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz və olmayacaq”.

Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin iyunun 30-da Vyanada keçirilən konfransında ATƏT-in təhlükəsizlik məsələləri ilə bağlı 2016-cı il üçün icmal bəyanatında deyilir.

“Bizim heç bir üzv dövlətə qarşı ərazi iddiamız  yoxdur, biz BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnamələri əsasında qanuni olaraq bizə məxsus olanı tələb edirik”, -  bu, “ATƏT məkanında münaqişə vəziyyətləri” mövzusundakı işçi sessiyası çərçivəsində bildirilib.

“Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmayan qərarlar ədalətli və stabil ola bilməz. Beləliklə, beynəlxalq norma və prinsipləri pozulması nəticəsində yaranmış vəziyyət nizamlanmanın həlli ola bilməz”, - Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyin saytında qeyd olunub.

Mətndə qeyd olunur ki, Azərbaycan təcavüzün qurbanı olaraq münaqişənin tez bir zamanda həllində ən çox maraqlı olan tərəfdir. Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində aparılan  danışıqlarda iştirakımız  münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizi göstərən aydın işarədir.

Eyni zamanda, Azərbaycan uzunmüddətli həllə gətirib çıxaracaq effektiv prosesin, münaqişənin qurbanı olmuş milyonlarla insanların əzablarını yüngülləşdirməyin tərəfdarıdır:

“Azərbaycan bu günün prinsiplərini nəzərə alaraq münaqişənin mərhələli həllində maneələrin aradan qaldırılmasına yönəlmiş danışıqlara hazırdır”.

Həmçinin Azərbaycan nümayəndə heyəti Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada, eləcə də iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlər zamanı əldə olunmuş nailiyyətləri alqışlayır.

Eyni zamanda qeyd olunur ki, danışıqların müsbət atmosferdə keçməsini alqışlayaraq münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün substantiv danışıqların təxirə salınmadan yenilənməsi vacib əhəmiyyət kəsb edir.

Bütün sadalananları nəzərə alaraq Azərbaycan nümayəndə heyəti ATƏT-in bütün tərəfdarlarını, fəaliyyətdə olan nümayəndə və Minsk qrupunun iştirakçısı kimi Almaniya da daxil olmaqla Ermənistanı effektli danışıqlara cəlb etmək üçün lazımi tədbirlər görməyə çağırır.

1news.az

Paylaş:
599

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər