Robert Sekuta: “ABŞ Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir” | 1news.az | Xəbərlər
Siyasət

Robert Sekuta: “ABŞ Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir”

23:41 - 01 / 07 / 2016
Robert Sekuta: “ABŞ Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir”

Biz demokratik, güclü və inkişaf edən Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqik.

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın müstəqillik günü ilə bağlı keçirilən qəbulda deyib.

O bildirib ki, ABŞ 90-cı illərin əvvəllərindən Azərbaycann neft və qaz layihələrinə dəstək və yardım edib, müasir iqtisadiyyat və dövlət qurmaq kömək edib: "Yeni institutlar və demokratiya qurmaq üçün Azərbaycanla təcrübələrimizi bölüşmüşük. Azərbaycanın Əfqanıstana sülhməramlı göndərməsini yüksək qiymətləndiririk.  ABŞ Azərbaycana 1993-cü ildən 1.3 milyard dollar yardım edib. Əvvəl Azərbaycana  humanitar yardım edirdik, indi isə geniş sahələrdə əməkdaşlıq edirik".

Daha sonra çıxış edən Azərbaycan maliyyə naziri Samir Şərifov bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb:

“Bir neçə ay sonra diplomatik münasibətlərimizin 25 illiyi qeyd olunacaq. Biz bunu yüksək qiymətləndiririk, əməkdaşlığımızın  strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsində olmasına və fəal siyasi dialoqa önəm veririk. Ümidvarıq ki, Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərini daha da artıracaq. Azərbaycan torpaqlarının işğalına son qoyulmasının, ərazi bütövlüyünün bərpasının, qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qayıtmasının regionda rifaha öz töhfəsini verəcəyinə əminik".

1news.az

Paylaş:
481

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər