“Daçiya” – “Kəpəz” oyununun hakimləri məlum oldu
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də Moldovada keçiriləcək “Daçiya” – “Kəpəz” oyununun hakimləri məlum olub.
1news.az-ın məlumatına görə, Speya şəhərindəki eyniadlı stadionda keçiriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
“Daçiya”– “Kəpəz” oyununun hakim təyinatlarını diqqətinizə çatdırırıq:
Baş hakim: Laşa Silagava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Goga Kikaçeişvili
(Hakimlər briqadası Gürcüstandandır)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: Ichko Lozev (Bolqarıstan)
1news.az
628