Dünya çempionatını qadın hakimlər idarə edə bilərlər
Növbəti dünya çempionatının oyunlarını kişilərlə yanaşı qadın hakimlər də idarə edə bilərlər.
1news.az-ın məlumatına görə, belə bir təkliflə FİFA prezidenri Canni İnfantino çıxış edib.
“Mənim qarşıdakı dünya çempionatı ilə bağlı maraqlı təklifim var. Qadın hakimlər mundiallarda çıxış etsinlər. 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında qadın hakimlərin də olması əla olardı. Artıq bununla bağlı işlər görülür”- deyə, FİFA prezidenti bildirib.
Qeyd edək ki, İnfantinonun təklifi qəbul edilsə, dünya çempionatları tarixində ilk dəfə olaraq qadınlar oyun idarə edəcəklər.
1news.az
569