Ramin Musayev yenidən PFL prezidenti seçildi
Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) növbəti prezident seçkisi keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə AFFA rəsmiləri, futbol mütəxəssisləri, jurnalistlər iştirak ediblər.
Fəaliyyətə başladığı ildən PFL-ə başçılıq edən Ramin Musayev bugünkü seçki prosesində yeganə namizəd olub. Nəticədə rəqibi olmayan Musayev gözlənildiyi kimi PFL-in prezidenti vəzifəsində qalıb.
Seçkinin nəticəsinə görə, o, növbəti 4 ildə də quruma rəhbərlik edəcək.
Qeyd edək ki, 53 yaşlı Musayev PFL prezidenti seçilməzdən öncə “Neftçi” klubunun vitse-prezidenti vəzifəsində çalışıb.
1news.az
746