Lionel Messi və atası barəsində həbs qərarı çıxarıldı
“Barselona”nın hücumçusu Lionel Messi həbs cəzasına məhkum edilib.
1news.az-ın məlumatına görə, ulduz futbolçu və onun atası Xorxe Messi 2007-2009-cu illərdə vergidən yayındıqları üçün İspaniya Məhkəməsi barələrində 21 aylıq həbs qərarı verib. Argentinalı 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb.
Buna baxmayaraq, İspaniya Məhkəməsi həm Messinin, həm də atasının 21 aylıq həbsinə qərar verib. Ancaq onlar dəmir barmaqlıqlar arasına düşməyəcəklər. Çünki İspaniya qanunvericiliyinə əsasən, cəza müddəti 2 ildən az olarsa, şəxslər həbs edilmirlər. Məhkəmə Messini 2, atasını isə 1.5 milyon avro məbləğində cərimələyib.
1news.az
790