Dağlıq Qarabağ münaqişəsi NATO-nun sammitinin kommünikesində öz əksini tapacaq
İyulun 9-da Varşavada NATO-nun sammitnun nəticələri ilə bağlı qəbul olunacaq kommünikedə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqe də öz əksini tapacaq.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq sammit çərçivəsində keçirilən mətbuat konfransı zamanı bildirib.
Baş katib Şimali Atlantik Alyansın münaqişənin sülh yolu ilə həllinə dəstəyini təsdiq edib.
Y.Stoltenberq münaqişə tərəflərini gücdən istifadə etməməyə və onu sülh yolu ilə həll etməyə çağırıb.
1news.az
604