UEFA yeni reytinq cədvəlini açıqlayıb | 1news.az | Xəbərlər
İdman

UEFA yeni reytinq cədvəlini açıqlayıb

16:57 - 08 / 07 / 2016
UEFA yeni reytinq cədvəlini açıqlayıb

UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda cüzi dəyişikliklər olub.

Cavab qarşılaşmalarında məğlub olan “Qəbələ” ilə “Neftçi”dən fərqli olaraq “Kəpəz”in Moldovada “Daçiya”nı məğlub etməsi ölkəmizə 0,250 xal qazandırıb.

Bununla da cari mövsümün qazancı 0,875-ə çatıb. Bunun 0,375-i “Kəpəz”in hesabındadısa, digər iki komanda hərəyə 0,250 xal gətirib. Son 5 mövsümün nəticəsinə görə hesablanan əmsalımız 14,375-ə yüksəlib.

24-cü pillədə qalan Azərbaycan 23-cü olan Şotlandiyadan 0,925 xal geri qalır.

Siyahıya isə əvvəlki kimi İspaniya başçılıq edir. Sonrakı yerlərdə Almaniya, İngiltərə, İtaliya, Fransa, Portuqaliya, Rusiya, Ukrayna, Belçika və Türkiyə qərarlaşıb.

1news.az

Paylaş:
791

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər