“Kəpəz”dən qələbə qolu, “Neftçi” və “Qəbələ”ni sevindirən məğlubiyyət | 1news.az | Xəbərlər
İdman

“Kəpəz”dən qələbə qolu, “Neftçi” və “Qəbələ”ni sevindirən məğlubiyyət

10:13 - 08 / 07 / 2016
“Kəpəz”dən qələbə qolu, “Neftçi” və “Qəbələ”ni sevindirən məğlubiyyət

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

1news.az-ın məlumatına görə, 44 oyunun baş tutduğu gecədə Azərbaycanın “Kəpəz”, “Qəbələ” və “Neftçi” klubları da meydana çıxıblar.

Bakıda keçirilən ilk matçda “Daçiya” ilə qolsuz bərabərə qalan “Kəpəz” həlledici cavab görüşündə rəqibini minimal hesabla məğlub edərək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, 16 il sonra Avrokuboklarda yenidən çıxış edən Gəncə təmsilçisi dönüşünü mərhələ adlamaqla qeyd edib.

“Qəbələ” də Gəncə təmsilçisi kimi cavab görüşünü səfərdə keçirib. İlk görüşdə Gürcüstanın “Samtredia”sını 5:1 hesabı ilə darmadağın edən Roman Qriqorçukun yetirmələri cavab görüşündə məğlub olsalar da, növbəti mərhələyə yüksəliblər.

“Kəpəz”lə “Qəbələ”dən fərqli olaraq “Neftçi” cavab görüşünü evdə keçirib. Maltada baş tutan ilk oyunda “Baltsan”ı 2:0 hesabı ilə məğlub edən “Flaqman” cavab görüşündə məğlub olsa da, iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olub.

Beləliklə, Avropa Liqasında ölkəmizi təmsil edən hər üç komandamız növbəti mərhələyə vəsiqə qazanıblar.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

“Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan) - 0:1

Qol: Dario Federiko Junior, 57

Baş hakim: Laşa Silaqava

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria

Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Speya (Moldova). “Speya” stadionu

İlk oyun – 0:0

“Samtredia” (Gürcüstan) – “Qəbələ” - 2:1

Qollar: Zivzivadze, 14, Şergelaşvili, 90+2 - Uiks, 42

Baş hakim: Georgios Kizas

Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas

Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)

Zestafoni. David Abaşidze stadionu

İlk oyun – 1:5

“Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) - 1:2

Qollar: Jayro, 20 - Misallef, 50, 67

İstifadə olunmayan penalti: Feneç, 57 (qapıdan kənara)

Baş hakim: Yaroslav Kozik

Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş

Dördüncü hakim: Nikolay Balakin (hamısı Ukrayna)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Olzas Abrayev (Qazaxıstan)

Bakı. 8-ci km qəsəbə stadionu stadionu

İlk oyun – 2:0

1news.az

Paylaş:
648

Son xəbərlər

“PAŞA Bank”a yeni baş direktor təyin olunduBu gün, 10:56Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43
Bütün xəbərlər