Fransa finalda Portuqaliyaya rəqib oldu – FOTO – VİDEO
Fransada keçirilən futbol üzrə Avropa çempionatında ikinci yarımfinal oyunu keçirilib.
1news.az-ın məlumatına görə, finala ikinci vəsiqə uğrunda görüşdə meydan sahibləri ilə Almaniya yığmaları qarşılaşıblar.
Gözlənildiyi kimi, matç gərgin mübarizə şəraitində keçib. Sevinən tərəf isə Fransa komandası olub. İlk hissənin 45-ci dəqiqəsində təyin olunan penaltini Antuan Qrizman dəqiq yerinə yetirib.
Almaniya ikinci hissədə bunun əvəzini çıxmaq üçün irəli atılsa da, əvəzində qapısında qol görüb. Sol cinahdan Poqbanın asmasından sonra kobud səhvə yol verən Noyerin xətasını Qrizman bağışlamayaraq özünün və komandasının ikinci qolunu vurub. Bu həm də oyunda vurulan son qol olub.
Beləliklə, iyunun 10-da keçiriləcək final görüşündə meydan sahibləri Fransa ilə Portuqaliya milliləri üz-üzə gələcək.
Avropa çempionatı
Yarımfinal mərhələsi
7 iyul
Almaniya - Fransa - 0:2
Qollar: Qrizman, 45 (pen.), 72
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)
Hakim-inspektor: Hyuq Dallas (Şotlandiya)
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)
Marsel. “Velodrom” stadionu
1news.az