Bu gün futbol üzrə Avropa çempionatının final matçı oynanılacaq | 1news.az | Xəbərlər
Futbol

Bu gün futbol üzrə Avropa çempionatının final matçı oynanılacaq

11:33 - 10 / 07 / 2016
Bu gün futbol üzrə Avropa çempionatının final matçı oynanılacaq

İyulun 10-da futbol üzrə Avropa çempionatının final matçı oynanılacaq.

Bakı vaxtı ilə saat 23-də başlayacaq final matçı meydan sahibi Fransa ilə Portuqaliya millisi arasında Parisin “Stad de Frans” stadionunda keçiriləcək. Oyunu ingiltərəli hakim Mark Klattenburq idarə edəcək.

Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, əgər Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da prineylilər Avropa çempionları sırasına daxil olacaqlar. İndiyədək bu titula 9 yığma nail olduğundan baş məşqçi Fernando Santosun yetirmələrinin 10-cu Avropa çempionu olmaq şansı var.

Finalda Fransa millisinin qalib gələcəyi təqdirdə isə onlar rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984 və 2000-ci illər) fransızlar hər iki halda kuboku başları üzərinə qaldırıblar. Bu final oyununda da eyni hal təkrarlanarsa Didye Deşamın yetirmələri Almaniya və İspaniya milliləri kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.

Fransa və Portuqaliya milliləri tarixdə ümumilikdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmanın hamısında qələbə qazanıblar.

Hər iki milli komandanın heyətində zədəli və cəzalı futbolçular yoxdur.

Paylaş:
618

Sizin üçün xəbərlər

Son xəbərlər

“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaqBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51
Bütün xəbərlər