Qurban Qurbanov: “Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq” | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: “Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq”

10:50 - 13 / 07 / 2016
Qurban Qurbanov: “Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq”

Rəqib bir daha göstərdi ki, bu oyuna ciddi hazırlaşmışdı. Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq.

1news.az-ın məlumatına görə, bunu Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq çempionu “F91 Düdelanj”ı 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında deyib:

“Düşünürəm ki, rəqib cavab matçında çox yaxşı mübarizə aparacaq. Lüksemburqdakı stadionun durumu da yaxşı deyil. İnanıram ki, bu durum yaxın günlərdə müsbətə doğru dəyişəcək. Rəqibin sürətli futbolçuları çoxdur, bu da ola bilsin ki, bizə problem yaratsın. Cavab matçında həddindən artıq ciddi olmalıyıq və istəyirik ki, orda da qalib gələk. Futbolçularımı da təbrik edirəm, biz də öz oyunumuzdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar.

Q.Qurbanov matçın ikinci hissəsində bir qədər çətinlik çəkdiklərini deməklə yanaşı, istədikləri kimi hücum qura bilmədiklərini də diqqətə çatdırıb:

“Komandama bir neçə oyun lazımdır ki, öz ritmini tutsun. İkinci hissədə rəqibin öz oyun üslubundan əl çəkməməsi bizi tempi aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdi ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odu ki, səbrli olmaq lazımdır”.

1news.az

Paylaş:
618

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər