“Neftçi” Makedoniya klubuna qarşı, “Kəpəz” və “Qəbələ”nin səfər sınağı | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” Makedoniya klubuna qarşı, “Kəpəz” və “Qəbələ”nin səfər sınağı

18:02 - 14 / 07 / 2016
“Neftçi” Makedoniya klubuna qarşı, “Kəpəz” və “Qəbələ”nin səfər sınağı

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan klublarımız bu gün ilk oyununu keçirəcək.

1news.az-ın məlumatına görə, “Neftçi” Bakıda Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

“Kəpəz” və “Qəbələ” isə səfərdə meydana çıxacaqlar. Belə Şahin Diniyevin yetirmələri Avstriyada “Admira”nın qonağı olacaq, “Qəbələ” isə Macarıstan MTK-sı ilə üz-üzə gələcək.

“Neftçi” – “Şkendiya” (Makedoniya)

“Bakcell Arena”. Saat 20.00

Baş hakim: Sergey Tsinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutin 

Dördüncü hakim: Viktor Şimusk

(Hakimlər briqadası Belarusdandır)

UEFA nümayəndəsi: Dmitri Bokeriya (Gürcüstan)

Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)

“Admira” (Avstriya) - “Kəpəz”

St Polten. NV Arena. Saat 21.00

Baş hakim: Pavle Radovanoviç

Baş hakimin köməkçiləri:  Dimitrije Mrgudoviç , Aleksandar Djikanoviç

Dördüncü hakim: Miloş Savoviç

(Hakimlər briqadası Monteneqrodandır)

UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)

Hakim-inspektor: Neale Barry (İngiltərə) 

 

MTK (Macarıstan) – “Qəbələ”

Qyor. Qyirmoti stadionu. Saat. 22.30

Baş hakim: Bojan Pandziç

Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Sjöblom

Dördüncü hakim: Mohammed Al-Hakim

(Hakimlər briqadası İsveçdəndir)

UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

1news.az

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər