Avropa Liqası: “Admira” “Kəpəz”-ə qalib gəldi
Bu gün Bakı vaxtı ilə saat 21:00-da Avstriyanın Sankt-Polten şəhərində Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində yerli “Admira” klubu Gəncənin “Kəpəz” klubunu qəbul edib.
1news.az-ın Sportbox.az-a istinadən verdiyi məlumata əsasən, oyun “Admira”-nın minimal hesablı qələbəsi ilə bitib.
Oyunda yeganə qolu 41-ci dəqiqədə Vostrinin ötürməsindən sonra Ştarkl “Kəpəz”-in qapısına göndərib.
Qeyd edək ki, cavab oyunu iyulun 20-si Bakıda keçiriləcək.
1news.az
709