Xaos bataqlığı: Ermənistan çapalayır və daha dərinə gedir – Newtimes | 1news.az | Xəbərlər
Siyasət

Xaos bataqlığı: Ermənistan çapalayır və daha dərinə gedir – Newtimes

18:32 - 15 / 07 / 2016
Xaos bataqlığı: Ermənistan çapalayır və daha dərinə gedir – Newtimes

Son zamanlar dünyanın böyük dövlətləri Cənubi Qafqazda diplomatik fəallığı artırıblar.

Qərb, Rusiya, Türkiyə, İran kimi ölkələr müəyyən addımlar atırlar. Artıq Almaniyanın və Rusiyanın xarici işlər nazirləri regionda olublar. ABŞ-ın dövlət katibi Con Kerri də regiona gəlib. Rusiya və İran prezidentlərinin gələn ay Bakıya səfəri gözlənilir. Bundan başqa, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır. Avqust ayında Rusiya və Türkiyə prezidentlərinin də görüşü nəzərdə tutulur. Bütün bunlar Cənubi Qafqazda geosiyasi və hərbi vəziyyətə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ciddi təsir göstərə bilər. İndi bir sıra böyük dövlətlər bu problemin real həllində maraqlıdırlar.

Bunların fonunda region ölkələrinin diplomatik addımları maraq doğurur. Bakı təmkinli, müstəqil və ədalətli siyasətini davam etdirirsə, Ermənistan rəhbərliyi özünün yaratdığı siyasi-diplomatik bataqlıqda çırpınır. Onun məntiqsiz və qeyri-konstruktiv addımları artır. Bunun fonunda regionda proseslərin proqnozlaşdırılmasına yeni ehtiyac yarandığını düşünmək olar.

Siyasətçilərin İrəvana səfərləri: real vəziyyət və erməni incikliyi

Ermənistan siyasi mühiti yenidən qarışıb. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfərləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı tədbiri və NATO-nun Varşava sammiti rəsmi İrəvanın əhval-ruhiyyəsini korlayıb. Qərb ölkələri və Rusiya diplomatiyasının Cənubi Qafqazda fəallaşması özlüyündə əhəmiyyətli prosesdir. Çünki burada uzun illərdir ki, öz həllini tapmayan və regional inkişafa mane olan, qlobal təhlükəsizliyə təhdidlər yaradan münaqişələr var. Onların ədalətli həlli zamanın tələbidir. Lakin Ermənistan rəhbərliyini də qorxudan məhz bu həqiqətdir.

Faktlara müraciət edək. Almaniyanın xarici işlər nazirinin regiona səfəri öncəsi erməni KİV-i Azərbaycan və Türkiyənin pis vəziyyətə düşdüyündən və guya beynəlxalq ictimaiyyətin artıq onlardan haqq-hesab tələb etdiyindən yazır, bunun fonunda F.-V. Ştaynmayerin İrəvanı rahatlada biləcək fikirlər söyləyəcəyini proqnozlaşdırırdılar.

Ancaq bu ümidlər özünü doğrultmadı. Almaniya rəsmisi Ermənistana hər hansı vəd vermədi, onu dəstəkləyəcəklərindən danışmadı. Əksinə, Ermənistana artıq münaqişənin həlli üzərində düşünməli olduğunu vurğulayan F.-V. Ştaynmayer mövcud status-kvonun dəyişməli olduğunu da açıq bildirdi. Təbii ki, bu mesaj erməni separatçıların xoşuna gəlməyib. Lakin bu sözlərdən cəmi bir neçə gün sonra KTMT üzvləri də İrəvanı pərt ediblər (bax: Ованнес Мандакуни.Армения в кандалах / "1in.am", 5 iyul 2016).

Belə ki, bu təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin İrəvan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilən bəyanat erməniləri razı salmayıb. Orada bildirilir ki, Vyana və Sankt-Peterburq danışıqlarında əldə olunan razılığa əməl edilməli, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətlərinə dəstək artırılmalı və Helsinki Yekun Aktının prinsipləri yerinə yetirilməlidir (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, normal şərtlərdir. KTMT faktiki olaraq beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ifadə olunan müddəalardan kənara çıxmayıb. Burada əlavə olunan prezidentlərin son aylar təşkil edilmiş Vyana və Sankt-Peterburq görüşləridir. Bəs ermənilər nədən narazıdırlar?

Sən demə, onlar uzun illərdir apardıqları xarici siyasətin dalana dirənməsindən bərk narahatdırlar. Konkret desək, İrəvan KTMT-dən açıq hərbi dəstək gözləyir və eyni zamanda, Azərbaycanın ittiham olunmasını tələb edir. Onlar misal da göstərməyə çalışırlar ki, Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) birbaşa müdafiə edir (bax: əvvəlki mənbəyə). Ermənistanın üzv olduğu KTMT isə neytral mövqe tutur.

Rəsmi İrəvanın gizlətmək istədiyi əsas məqam bu fikirlərdə əks olunub. Məsələ ondan ibarətdir ki, beynəlxalq təşkilatlar məhz Azərbaycanı deyil, haqqı, ədaləti, Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Onlar bir şeyi deyirlər – işğalçı zəbt etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır. Həm də bunu İƏT və türkdilli ölkələrin ortaq təşkilatından əvvəl BMT, ATƏT, Aİ, NATO, AŞPA və başqa beynəlxalq təşkilatlar deyiblər. Bunlar isə "türkpərəst" qurumlar deyillər, əksinə, Qərbin (əsas olaraq ABŞ-ın) diqtəsi ilə fəaliyyət göstərən təşkilatlardır.

Vassallıq və cahillik: ermənilərin iki xüsusiyyəti haqqında

Digər tərəfdən, maraqlıdır, KTMT Dağlıq Qarabağla bağlı nəyi deməlidir ki? Yəni İrəvanı təcavüzkar əməllərinə görə tərif etməlidir və ona bu işdə hər cür yardım göstərəcəyini bəyanlamalıdır? Onsuz da Rusiya Ermənistana lazımi qədər hərbi sursat verir. Əslində, rəsmi İrəvan yaranmış vəziyyətdə hiss edir ki, məğlubiyyət qapının ağzındadır. Ondan öz gücünə yaxa qurtara bilməyəcək. Bu səbəbdən əlacı yalnız KTMT-yə qalıb. Ona yalvarır, gah da küsür, yaxud diplomatik gedişlər etməyə çalışır. Hələlik Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxır.

O biri tərəfdən də Qərbin İrəvana arxa duracağına erməni ekspertlər inanmırlar. Bunun iki mühüm səbəbi göstərilir. Birincisi, Ermənistan öz geosiyasi seçimini məlum "2013-cü il 3 sentyabr" tarixində edib. Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqla, İrəvan həmin andan strateji məqsədini müəyyənləşdirib. İkincisi, Ermənistan real olaraq suveren dövlət deyil. Onun tamamilə Moskvadan asılı olduğunu heç kəs gizlətmir. Bu səbəbdən Rusiya rəhbərliyinin Azərbaycanla əməkdaşlığı gücləndirməsi birmənalı şəkildə Ermənistanda anti-erməni addım kimi qiymətləndirilir. Təbii ki, reallıqda belə deyil.

Bütün bunları nəzərə alaraq, erməni analitik İqor Muradyan yazır ki, "ermənilər NATO-nun düşmənidirlər" (bax: Игорь Мурадян. Армяне – враги НАТО / "Lragir.am", 4 iyul 2016). O, fikrini konkret faktlarla sübuta yetirir. Bu kontekstdə bir neçə tezis üzərində dayanmağa ehtiyac görürük. Çünki onlar faktiki olaraq rəsmi İrəvanın siyasi kimliyini və erməni cəmiyyətinin psixoloji durumunu ifadə edir.

Erməni ekspert yazır ki, Ermənistanın aparıcı "tərəfdaşı" Rusiya həm də Azərbaycanın dostu "çıxdı". Moskva başqa dövlətlərdən silah almağa imkan vermir. Belə çıxır ki, erməni siyasi şüurunda "Rusiya Ermənistanla elə yaxınlıq etməlidir ki, hər məsələdə tamamilə anti-Azərbaycan mövqeyi tutsun" kimi bir ehkam kök salıb. Müasir siyasətdə bu, yalnız istehza doğura bilən özünüaldatmadır.

Sonra, Ermənistanın keçmiş müdafiə nazirinin ölkənin suverenliyi haqqında zəhlətökən danışıqları blefdən başqa bir şey deyil. O, "öz xidməti tarixçəsinə nəzər salsa", bu fikir aydın olar (bax: əvvəlki mənbəyə).

Daha maraqlısı bunlardan sonra gətirilən fikirdir. Analitik vurğulayır: "Erməni rəhbərliyi əhalinin səssiz razılığı ilə ölkəni tam aciz duruma gətirib və onu qanuni vassal vəziyyətinə salıb". Hətta NATO Ermənistanı suveren dövlət hesab etmir (bax: əvvəlki mənbəyə).

Nəhayət, bütün bunların əsas səbəbi erməni cəmiyyətinin bir xüsusiyyəti ilə bağlıdır. Belə ki, "ermənilər aztəhsilli (yəni, cahil – müəllif) xalqdır və bu vəziyyətdən necə xilas olmağı təsəvvür edə bilmir. İndi razılaşmaq lazım gəlir ki, artıq seçim olmayacaq. Bəlkə də gözlənilənlərdən də pis zaman gəlir" (bax: əvvəlki mənbəyə).

Bu tezisləri ümumiləşdirsək, görərik ki, Ermənistan rəhbərliyi və cəmiyyəti bir-birini tamamlayır – cahil cəmiyyət vassal liderlər yetişdirər! Hazırkı vəziyyətdə erməni cəmiyyəti öz məhdud və radikal dünyagörüşü əsasında Serj Sarkisyan kimilərin rəhbərliyinə razı olub, əvəzində, başqa dövlətdən tam asılılıq "qazanıb"! Belə bir ölkəyə F.-V. Ştaynmayer, yaxud S.Lavrovun səfərləri nə verə bilər? Onlar Ermənistanı vassallıqdan və ağlabatmayan, məntiqsiz xarici siyasət kursundan necə xilas edə bilərlər? Misal var, "çayda batanı yalnız özü qurtara bilər"!

Konkret desək, rəsmi İrəvanın KTMT-dən, yaxud Moskvadan inciməyə haqqı yoxdur. O, ilk olaraq özünü dəyişməlidir. Yəni müasir dövrün tələblərinə uyğun siyasət kursu götürməlidir. Burada beynəlxalq hüquqa sözsüz əməl edilməli, başqa ölkələrə qarşı təcavüzkar addımlara yol verilməməlidir. Azərbaycan bu aspektdə Ermənistan rəhbərliyi üçün nümunə ola bilər.

Beləliklə, Cənubi Qafqazda böyük dövlətlərin diplomatik fəallığının artmasından Ermənistan rəhbərliyi bərk narahatdır. Ancaq o, necə davranmağı müəyyənləşdirə bilmir. Xaotik surətdə gah havadarlarına yalvarır, gah onlardan küsür, gah da Azərbaycanı ittiham etməyə çalışır. Reallıq isə birdir. O, tələb edir ki, İrəvan konstruktiv siyasət yeritsin. Əks halda, Ermənistan özünün yaratdığı xaos bataqlığında batacaq!

Newtimes.az

 

Paylaş:
581

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər