Könüllülər arasında “Yoldaşlıq futbolu” keçirilib – FOTO | 1news.az | Xəbərlər
Futbol

Könüllülər arasında “Yoldaşlıq futbolu” keçirilib – FOTO

09:15 - 19 / 07 / 2016
Könüllülər arasında “Yoldaşlıq futbolu” keçirilib – FOTO

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” PFK-nın  birgə  təşkilatçılığı ilə  keçirilən “Yoldaşlıq Futbolu”nun final matçı baş tutub.

1news.az-ın məlumatına görə, finalda 1 saylı “ASAN xidmət” və Sumqayıt “ASAN xidmət” könüllüləri qarşılaşıb.

Gərgin keçən qarşılaşmada  2-3 hesabıyla  Sumqayıt “ASAN xidmət” könüllüləri qalib olub və “Yoldaşlıq futbolu” turnirinin  kubokunu qazanıblar.

Oyunun sonunda  yarış iştirakçıları diplom və medallarla mükafatlandırıblar.  Mükafatlandırma mərasimində iştirak edən “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov,  “Neftçi”nin  əfsanəvi  “7 nömrəsi”si Səmədağa Şıxlarov və “Neftçi”nin oyunçusu Elşən Abdullayev iştirak edərək yarış  iştirakçılarına uğurlar arzu edib, qalib komandanı təbrik  ediblər.

Qeyd edək ki, ASAN  könüllüsü Mahir Hətəmovun ideya müəllifi olduğu  “Yoldaşlıq futbolu” layihəsinin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini aşılamaq, onların asudə vaxtının səmərəli keçməsində şərait yaratmaqdır. Layihə  Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə gənclərini əhatə edib.

1news.az

 

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər