“Qəbələ” MTK-ya qarşı, “Neftçi”nin çətin “Şkendiya” səfəri | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” MTK-ya qarşı, “Neftçi”nin çətin “Şkendiya” səfəri

19:48 - 21 / 07 / 2016
“Qəbələ” MTK-ya qarşı, “Neftçi”nin çətin “Şkendiya” səfəri

UEFA Avropa Liqasındakı təmsilçilərimizdən “Qəbələ” və “Neftçi” bu gün II təsnifat mərhələsində cavab oyunu keçirəcəklər.

1news.az-ın məlumatına görə, “Qəbələ” səfərdə keçirdiyi ilk oyunda məğlub etdiyi Macarıstanın MTK klubu ilə Bakıda qarşılaşacaq.

“Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Bundan bir saat sonra isə “Neftçi” ilk oyunda qolsuz bərabərə qaldğı Makedoniyanın “Şkendiya” klubu ilə cavab görüşünə çıxacaq.

 

Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu

21 iyul

“Qəbələ” – MTK (Macarıstan) – ilk oyun 2:1

“Bakcell Arena”. Saat 21.00

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, Esat Sancaktar

Dördüncü hakim: Serkan Cinar

(Hakimlər briqadası Türkiyədəndir)

UEFA nümayəndəsi: Markku Lehtola (Finlandiya)

Hakim-inspektor: Vasil Meyinçuk (Ukrayna)

 

“Şkendiya” (Makedoniya) – “Neftçi” – ilk oyun 0:0

Skopye. II Filip Arenası. Saat 22.00

Baş hakim: Erik Lambrechts

Baş hakimin köməkçiləri: Karel De Rocker, Jo de Weirdt

Dördüncü hakim: Frederik Geldhof

(Hakimlər briqadası Belçikadandır)

UEFA nümayəndəsi: Crawford Wilson (Şimali İrlandiya)

Hakim-inspektor: Nikolae Grigoresku (Rumıniya)

1news.az

 

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər