“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu, “Kəpəz” mübarizəni dayandırdı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu, “Kəpəz” mübarizəni dayandırdı – VİDEO

10:10 - 21 / 07 / 2016
“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu, “Kəpəz” mübarizəni dayandırdı – VİDEO

Avrokuboklarda mübarizə aparan təmsilçilərimizdən “Qarabağ” və “Kəpəz” müvafiq olaraq, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin ikinci təsnifat mərhələsində cavab oyununa çıxıblar.

1news.az-ın məlumatına görə, ölkəmizin Çempionlar Liqasında yeganə təmsilçisi “Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olub.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan “Qarabağ” hesabda geri düşsə də, matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Reynaldonun qolu sayəsində məğlubiyyətdən qaça bilib.

Beləliklə, iki oyunun nəticəsinə görə, adını növbəti mərhələyə yazdıran Qurban Qurbanovun komandası III təsnifat mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək.

“Kəpəz” isə Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın “Admira” klubun qonaq edib.

İlk görüşdə 0:1 hesabı ilə uduzan Gəncə təmsilçisi bu dəfə qapısında iki top görüb və nəticədə hər iki görüşd məğlub olan Şahin Diniyevin komandası Avroliqada mübarizəni erkən dayandırıb.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

“Düdelanj” – “Qarabağ” - 1:1

N`Diaye, 72 - Reynaldo, 90+4

Baş hakim: Kevin Klansi

Baş hakimin köməkçiləri: Stüart Stevenson, Sin Karr

Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)

Düdelanj. “Yos Nosbaum” stadionu

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

“Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya) - 0:2

Kristof Knasmüllner, 17;  Patrik Şmidt, 76

Baş hakim: Vitali Meşkov

Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)

Bakı. “Dalğa Arena”

1news.az

 

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər