Pato “La Liqa”ya keçir
Braziliyalı hücumçu Aleksandr Pato karyerasını İspaniya çempionatında davam etdirəcək.
1news.az xəbər verir ki, müqavilə ilə Braziliyanın “Korintians” klubuna məxsus olan 26 yaşlı hücumçu “Vilyareal” klubu ilə razılaşıb.
Ötən sezonu “Çelsi”də icarə əsasında keçirən Pota, “zadəganların” heyətində cəmi 2 oyuna çıxmışdı. “Milan”da oynadığı zaman diqqət mərkəzində olan gənc hücumçu, “Vilyareal”da keçmiş günlərinə qayıtmaq istəyir.
Hələlik, “Vilyareal” və Patonun meneceri arasındakı görüşün detalları barədə məlumat açıqlanmayıb.
1news.az
696