AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
1news.az-ın məlumatına görə, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Avstriyanın Vyana şəhərindəki “Weststadion”da keçiriləcək “Rapid Vyana” (Avstriya) – “Torpedo Jodino” (Belarus) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
1news.az
656