“Qəbələ” Fransadan sərfəli nəticə ilə qayıdır - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İdman

“Qəbələ” Fransadan sərfəli nəticə ilə qayıdır - FOTO - VİDEO

23:31 - 28 / 07 / 2016
“Qəbələ” Fransadan sərfəli nəticə ilə qayıdır - FOTO - VİDEO

İyulun 28-də UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları start götürüb.

1news.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qəbələ” çətin səfər matçında Fransanın “Lill” komandası ilə qarşılaşıb.

Lill şəhərindəki “Metropol Arena”da oynanılan matçın 13-cü dəqiqəsində “Qəbələ” hesabı açıb. Komandanın heyətində Vitali Vernidub fərqlənib – 1:0.

İkinci hissənin əvvəlində - 47-ci dəqiqədə “Lill”in futbolçusu Mendes hesabı bərabərləşdirib – 1:1. Matç elə bu hesabla başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

1news.az

Paylaş:
694

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər