“Qarabağ” – “Viktoriya” oyunu türk hakimlərə tapşırıldı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” – “Viktoriya” oyunu türk hakimlərə tapşırıldı

13:41 - 29 / 07 / 2016
“Qarabağ” – “Viktoriya” oyunu türk hakimlərə tapşırıldı

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktorya” matçının hakimləri açıqlanıb.

1news.az-ın məlumatına görə, avqustun 2-də Bakıda keçiriləcək qarşılaşmanı Hüseyn Göçekin rəhbərliyi ilə Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)

Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz

Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova) 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1news.az

Paylaş:
936

Son xəbərlər

Bütün xəbərlər