Azərbaycanlı futbolçu Portuqaliyada ilk qolunu vurdu
Portuqaliyanın “Tondela” klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
1news.az apasport.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası bu dəfə Portuqaliyanın aşağı divizion təmsilçisi “Mortaqua” ilə qarşılaşıb.
Oyun “Tondela”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Cəfərov da bu görüşün iştirakçısı olub. O, həm də komandasının 4-cü qoluna imza atıb. Bu qol futbolçumuzun Portuqaliya klubunun heyətində vurduğu ilk qoldur.
1news.az
624