Millimizin üzvü İngiltərə klubunda | 1news.az | Xəbərlər
Futbol

Millimizin üzvü İngiltərə klubunda

15:37 - 31 / 07 / 2016
Millimizin üzvü İngiltərə klubunda

Milli komandamızın üzvü Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək.

1news.az qol.az-a istinadən xəbər verir ki, bu barədə məşhur "Marca" qəzeti xəbər yayıb.

23 yaşlı yarımmüdafiəçi Çempionşipdə mübarizə aparan "Fulhem"lə 4 illik müqavilə imzalayıb.

"Marca"nın iddiasına görə, London klubu Eddinin transferi üçün "Mursiya"ya 200 min avro ödəyib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, millimizin heyətində 5 rəsmi oyun keçirən Eddi son olaraq "Kordoba"da icarə əsasında çıxış edib.

1news.az

Paylaş:
555

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər