Argentina millisinə yeni baş məşqçi təyin olundu | 1news.az | Xəbərlər
İdman

Argentina millisinə yeni baş məşqçi təyin olundu

11:00 - 02 / 08 / 2016
Argentina millisinə yeni baş məşqçi təyin olundu

Amerika kubokunun finalında Çiliyə məğlub olduqdan sonra istefa verən Xerardo Martinonun yerinə Argentina millisi yeni baş məşqçiyə tapşırılıb.

1news.az goal.com-a istinadən xəbər verir ki, Argentinanı 2018-ci il Dünya Çempionatına Edqardo Bauza çalışdıracaq.

58 yaşlı mütəxəssisin son iş yeri “San Paulu” klubu olub.

Onun ən böyük uğurları 2008-ci ildə “LDU Quito”, 2014-cü ildə isə “San Lorenzo” klubları ilə qazandığı “Libertadores kuboku”dur.

1news.az

Paylaş:
689

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər