Karate Olimpiya Oyunlarının proqramına daxil edildi | 1news.az | Xəbərlər
İdman

Karate Olimpiya Oyunlarının proqramına daxil edildi

11:40 - 04 / 08 / 2016
Karate Olimpiya Oyunlarının proqramına daxil edildi

Braziliyanın paytaxtı Tio-de-Janeyro şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 129-cu sessiyası keçirilib.

1news.az-ın məlumatına görə, sessiyada qəbul olunan qərarla 5 idman növünün bundan sonra Olimpiya idman növlərinin sırasına qoşulması rəsmiləşib.

Belə ki, iyun ayında Lozanda baş tutmuş sessiyada karate, beyzbol/softbol, idman dırmanması, su xizəyi və sörfinqin Tokio-2020-dən etibarən proqrama salınması təklif edilmişdi. Budəfəki toplantıda isə artıq qərar rəsmən qəbul olunub.

Oyunlara əlavə olunan yeni 5 idman növündə 18 kateqoriyada 474 idmançı mübarizə apara biləcək.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər